"İnter”in baş məşqçisi Zaur Zvanadze Topaz Premyer Liqanın 26-cı turunda səfərdə "Xəzər Lənkəran”a qalib gəldikləri oyundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-ın məlumatına görə, gürcü mütəxəssis ilk olaraq matç haqda fikirlərini açıqlayıb.
- "Xəzər Lənkəran”a qarşı oyunlarımız həmişə çətin olub. Rəqib var gücünü ortaya qoydu. Düşünürəm ki, vacib 3 xal qazandıq. Qarşıda 10 gün istirahətimiz var. Yaxşı istirahət edib, qarşıdakı oyunlara daha yaxşı hazırlaşmalıyıq.
- İlk hissədə Abbas Hüseynovla İlkin Qırtımov cinahlarda daha yaxşı oynayırdı. Amma ikinci hissədə bunu görə bilmədik. Səbəbi nə idi?
- Yorğunluq. Onlar oyunboyu hərəkət edirdilər. Düşünürəm ki, yorğunluq onların oyununa təsir etdi.
- Komandanız bəzi epizodlarda "dişsiz” oldu. Qol epizodlarınızdan yararalana bilmədiniz. Bu, nə ilə bağlıdı?
- Qol vurmaqda çətinlikvar. Bu, komadamızın problemidir. Bunun üzərində çalışırıq. Əlimizdə olan imkanlar bu qədərdir. Çatışmamazlıqları aradan qalmaq üçün çox çalışırıq. Vüqar Nadirov və Sezar Meza Kolli bir müddət futbolsuz qaldı. Bu hal onların tez yorulmağına səbəb olur. Ehtiyat oyunçular skamiyasında futbolçu azlığı işimizə mane olur.
- Gələcəkdə hücumçu problemini aradan qaldırmaq üçün nə etməyi düşünürsünüz?
- Rəhbərlik də bizə güclənmək lazım olduğunu bilir. 22 futbolçumuzdan 5-i gəncdi. Mövsümü major notlarla başa vursaq, güclənmək barədə düşünəcəyik.