Futzal üzrə dünya çempionatının seçmə mərhələsinin play-off raundunda keçirilmiş Hollandiya – Azərbaycan oyunundan sonra millimizin baş məşqçisi Tino Perez affa.az-a açıqlama verib. Sportnet.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis komandasının yaxşı oynadığını bildirib.
O, istər müdafiədə, istərsə də hücumda nümayiş etdirilən oyundan razı qaldığını bildirib: "Üstəlik, rəqibin də etmək istədiklərini sanki əvvəlcədən bilərək önləyici tədbirlər görməyi bacardıq. Bununla belə, sakitləşmək, cavab oyununa rahat çıxmaq olmaz. Bakıdakı qarşılaşmada da, ən azı, bugünkü kimi aqressiv və istəkli olmalıyıq. Yalnız cavab oyununda sərfəli nəticə əldə edə bilsək, dünya çempionatına çıxışımızı yüksək əhval-ruhiyyə ilə qeyd edə bilərik”.
Qeyd edək ki, görüş millimizin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab qarşılaşması aprelin 12-də Bakıda olacaq.