1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"də yeni qapıçı
Azərbaycan Premyer Liqasında XXVI turun "Qarabağ”la oyunundan sonra 3 günlük istirahətə buraxılan "Qəbələ” hazırlıqlarını bərpa edib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "qırmızı-qaralar” Qəbələ şəhər stadionunda bir araya gələrək məşqini gerçəkləşdirib.
Ötən günün ikinci yarısına təsadüf edən hazırlıq prosesi iki hissədən ibarət olub. Əvvəl fiziki hazırlıq keçən futbolçular sonra toplu çalışmalara üstünlük verib. Baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında baş tutan məşqdə milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyib. Ukraynalı mütəxəssis yığma üzvlərinin yoxluğunda əvəzedici komandanın qapıçısı Süleyman Süleymanovu hazırlıqlara cəlb edib.
"Qəbələ” növbəti məşqini bu gün keçirəcək. Hazırlıq prosesi günün birinci yarısında baş tutacaq.
Qeyd edək ki, "qırmızı-qaralar” növbəti oyununu martın 30-da səfərdə AZAL-a qarşı keçirəcək.