Azərbaycan Premyer Liqasının XXVII turunda "Neftçi"ni qəbul edəcək "İnter" hazırlıqlarını davam etdirir. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Zaur Svanadze martın 24-dən hazırlıqlara start verib.
Serbiyada müayinədən keçən kapitan Nizami Hacıyev artıq komandayla birlikdə məşq edir. Uzun müddətdir zədədən əziyyət çəkən Rauf Əliyev də komandanın məşqlərinə qoşulub.
Digər zədəli Qara Qarayev isə növbəti görüşü buraxmalı olacaq.
Qeyd edək ki, "İnter" – "Neftçi" matçı martın 30-da "İnter Arena"da keçiriləcək. Oyun saat 18.00-da başlayacaq.









































































