1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Adil Şükürov: "Novruzov Bonilyanın yoxluğunu unutdura bilmədi"
"Nelson Bonilyanın yoxluğu göz qabağında idi. İrəlidə dişsiz idik. Nurlan Novruzov çalışsa da, Bonilyanın yoxluğunu unutdura bilmədi". Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Adil şükürov deyib.
Azərbaycan Premyer Liqasının XXVII turunda səfərdə "Kəpəz"lə keçirilən oyundan danışan baş məşqçi ağır oyun olduğunu bildirib: "Kəpəz" həqiqətən də böyük komandadır. Biz bunu qiymətləndiririk. Penalti planlarımıza daxil deyildi. Bu oyun nəticə olmasa da, o biri oyunlara hazırlaşacaqsınız. Bununla belə, uşaqlar vuruşdular, əziyyət çəkdilər".
A.Şükürov qapılarına vurulan ilk qoldan danışıb. O, penalti epizodunu belə dəyərləndirib: "Məncə, penalti var idi. Çünki Budaq artıq topla idi və toxunuş vardı".
A.Şükürov komandanın planlarında penaltinin olmamasını və bundan sonra komandanın qopduğunu deyib: "Penaltidən sonra daha çox hücuma getməyə çalışdıq. Bunun da nəticəsində qapımızda ikinci topu gördük. Bununla belə qarşıda 9 oyunumuz var. Bu oyunu yaddan çıxarmaq, qarşıdakı oyunlara hazırlaşmaq lazımdır".