"Qarabağ"ın futbolçusu Reynaldo uzun fasilədən sonra yaşıl meydanlara qayıdıb. Sportnet.az-ın məlumatına görə, braziliyalı hücumçu "Rəvan"la Azərbaycan Premyer Liqasının XXVII tur matçında meydana çıxıb.
O, 60-cı dəqiqədə Mahir Mədətovun yerinə oyuna girib. Cəmi 4 dəqiqə sonra "sambaçı" qol vurub.
Qeyd edək ki, ötən tur Reynaldo "Qəbələ" ilə oyunun "18-liy"ində yer alsa da, meydana çıxmayıb.