1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qalatasaray" bəyanat yaydı
Türkiyənin "Qalatasaray" klubu prezident Dursun Özbekin qadın voleybolçular arasında CEV kubokunun final mərhələsi üçün Rusiyaya yollana bilməməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Sportnet.az-ın klub saytına istinadən məlumatına görə, İstanbul təmsilçisinin bəyanatında məlumatların həqiqəti əks etdirmədiyi bildirilib.
Klub "Milliyet" qəzetində "Rusiyalılar Dursun Özbekə viza vermədi" başlıqlı xəbərin həqiqəti əks etdirmədiyini və D.Özbekin nə fərdi, nə də komanda ilə birgə hər hansı viza müraciəti etmədiyini açıqlayıb.
Qeyd edək ki, nəşrin dərc etdiyi xəbərdə klub prezidenti Dursun Özbəkin "Dinamo" ilə keçiriləcək oyunu izləmək üçün Rusiyaya yollanmaq istəməsi, lakin ona viza verilmədiyi bildirilib.