1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Elbrus Məmmədov: "Liderə qarşı yaxşı çıxış etdik"
"Əvvəlcə vətən uğrunda şəhid olan əsgərlərin ailələrinə baş sağlığı verirəm. Əsgərlərimizə isə güc-qüvvət arzulayıram. Oyuna gəldikdə isə demək istəyirəm ki, yaxşı mübarizə apardıq”.
Bu sözləri "Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov deyib.
Topaz Premyer Liqasının XXVIII turu çərçivəsində öz meydanında "Qarabağ”la qarşılaşan cənublular matçdan 1:2 hesablı məğlubiyyətlə ayrılıb.
Oyundan sonra matçla bağlı fikirlərini bildirən çalışdırıcı bunları deyib: "Çempionatın liderinə qarşı oynamağımıza baxmayaraq, yaxşı çıxış etdik. Ancaq standart vəziyyətdən iki qol buraxdıq. Ötən oyunlarda və elə bu matçda da yaxşı təsir bağışlayan müdafiəçilərimiz bir azca diqqətsizlik edən kimi qapımızda qolu gördük. Gənclərlə bacardığımız qədər mübarizə aparmağa çalışırıq. Çalışacağıq ki, önümüzdəki oyunlarda uğursuz seriyanı sonlandıraq”.
Mənbə: apasport.az