1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi" jurnalistlərə açıqlama verməyən futbolçularını cəzalandıracaq
"Neftçi" klubu oyunlardan sonra jurnalistlərə açıqlama verməkdən imtina edən futbolçularını cəzalandıracaq. Sportnet.az-ın məlumatına görə, bunu klubun icraçı direktoru Elnur Məmmədov deyib.
O bildirib ki, "Rəvan"la Azərbaycan Premyer Liqasının XXVIII tur qarşılaşmasının ardından flaqman futbolçularının mediaya biganəliyi sonuncu hörmətsizlik olacaq: "Hər bir insanın iş yerində vəzifə borcu var. Futbolçunun da vəzifə borcudur ki, Premyer Liqa təşkilatçılarının tələblərinə əsasən, oyundan sonra qarışıq zonada müsahibə verməlidirlər. Bir dəfə də belə hal baş vermişdi. Oyunçular müsahibə verməli olduqlarına dair məlumatlandırmışdılar. Dəqiqləşdirəcəyik. Kim müsahibə verməyibsə, onu cəzalandıracağıq. Bu, birmənalıdır. Futbolçunun vəzifə borcudur ki, istər udduğu, istərsə də uduzduğu oyundan sonra mətbuata açıqlama versin. Bu, jurnalistlərə qarşı son hörmətsizlik olacaq".
E.Məmmədovun fikrincə, bir daha belə halın baş verməsi mümkün deyil: "Çünki biz hər zaman jurnalistlər üçün şərait yaratmağa çalışmışıq. Bazar günü olmasına baxmayaraq, jurnalist əziyyət çəkir, oyunu işıqlandırmağa gəlir. Halbuki vaxtını evdə ailəsi ilə birgə keçirə bilər. Jurnalist oyundan sonra çalışdığı media orqanına məqalə verməlidir. Bu məqsədlə o, müsahibə də almalıdır. Futbolçu buna şərait yaratmırsa, səhv addım atır və buna görə cəzalanmalıdır".
Qeyd edək ki, "Neftçi" səfər matçında "Rəvan"a 0:1 hesabı ilə uduzub.