FİFA və UEFA Yunanıstan hökümətinə ultimatum göndərib. Sportnet.az-ın məlumatına görə, bu ölkənin idman nazirinin müavini Stavros Kontonisa göndərilən məktubda ölkə kuboku oyunlarının aprelın 15-dək bərpa edilməsi tələb olunub. Əks təqdirdə yunan klubları avrokuboklardan kənarlaşdırılacaq.
FİFA və UEFA nümayəndələrinin ötən həftə Yunanıstan İdman Nazirliyi ilə danışıqları olsa da, turniri bərpa etməklə bağlı höküməti inandırmaq mümkün olmayıb. Ölkə kubokunun ləğv olunmasına səbəb isə PAOK-la "Olimpiakos” arasında matçda komandaların fanatları arasında qarşıdurma olub. UEFA hökümətin yerli federasiyanın fəaliyyətinə müdaxiləsinə qarşı çıxış edir. Buna görə həmin kubok matçını azarkeşlərsiz, əcnəbi hakimlərlə bitirməyi təklif edir.