Azərbaycan Premyer Liqasının XXIX turunda "Qarabağ"ın qonağı olacaq "Kəpəz" oyunun hazırlığını yekunlaşdırıb. Sportnet.az-ın məlumatına görə, "sarı-göylər" matçın son məşqinə qarşılaşmanın keçiriləcəyi "Azərsun Arena"da çıxıb.
Gəncə klubu çempionatın lideri ilə oyunda aparıcı futbolçulardan Junior Martinsin xidmətindən yararlana bilməyəcək. Braziliyalı yarımmüdafiəçi cəzalıdır.
Ötən tur AZAL-la görüşü eyni səbəbdən buraxan Budaq Nəsirov isə artıq cəzasını başa vurub. Amma Nəsirov zədəlidir. Gənc futbolçu dünən tibbi müayinədən keçsə də, onun Ağdam təmsilçisi ilə oynayıb-oynamayacağı dəqiqləşməyib.
Nəsirov haqda son qərar bu gün müayinədən sonra veriləcək.






































































