
"İnter" klubu UEFA CFCB-nin (Klublara Maliyyə Nəzarəti Təşkilatı) İstintaq Palatasının komandanı növbəti üç avrokubok mövsümündə iştirak hüququndan məhrum etməsi ilə bağlı apellyasiya şikayəti verəcək. Sportnet.az-ın məlumata görə, İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək üçün zəruri hüquqi prosesə başlanılıb.
Qeyd edək ki, martın 30-da UEFA CFCB-nin İstintaq Palatasının qəbul etdiyi 10 dekabr 2015-ci il tarixli AC-05-2015 nömrəli qərarını qüvvədə saxlayaraq, "İnter" klubun növbəti üç avrokubok mövsümündən (2016/2017, 2017/2018, 2018/2019) birində (ölkədaxili futbol mövsümünün yekun nəticələrinə görə avrokubok oyunlarına vəsiqə qazanacağı halda) iştirak hüququndan məhrum edib.