Hazırda davam edən "Qarabağ" - "Kəpəz" qaşrılaşmasında maraqlı hadisə yaşanıb. Sportnet.az-ın məlumatına görə, oyunun ilk dəqiqələrində 2 azarkeş əlində Azərbaycan bayrağı ilə meydançaya daxil olub.
Futbolçu və stadiona toplaşanların müşayəti ilə azarkeşlər meydançada dövrə vurub. Yalnız həmin azarkeşlər meydandan çıxdıqdan sonra oyun davam edib.
Qeyd edək ki, oyunda hesab açılmayıb.







































































