1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Abunəçi" olmasalar da....
"Neftçi" "Zirə" ilə debüt mövsümündə görüşlərdə uğursuzluğa düçar olub. Sportnet.az-ın məlumatına görə, "ağ-qaralar" Premyer Liqanın debütantına 4 oyunun heç birində qalib gələ bilməyiblər.
Zirədəki oyunlarda qol vura bilmədən uduzan (0:2 və 0:3) "Neftçi" evdə heç-heçələrlə kifayətlənməli oub - 1:1 və 0:0. Göründüyü kimi, komanda "Zirə"yə 4 matçda cəmi 1 qol vura bilib. Həmin qolun müəllifi olan "Neftçi"nin bombardiri Ruslan Qurbanov komandanı məğlubiyyətdən xilas edib. Adil Şükürovun komandası isə Azərbaycanın ən adlı-sanlı komandasından 8 xal almağı bacarıb. "Neftçi" ilə matçlar "Zirə"nin ispaniyalı yarımmüdafiəçi Tato üçün uğurlu olub. Belə ki, o, 3 qol vurmağı bacarıb. Nəinki "Zirə"nin, çempionatın bombardiri olan salvadorlu hücumçu Nelson Bonilyanın hesabında isə 2 qol var.
XXXI turun başa çatan digər 2 oyununda da qələbəsizlik sindromu ilə üzləşən komandalar olub. "Xəzər Lənkəran" "Qəbələ"yə nəinki qalib gələ, qol da vura bilməyib - 0:6, 0:1, 0:0, 0:1. Düzdür, Lənkəran təmsilçisi "Qəbələ" ilə səfər matçından sensasion şəkildə xalla qayıtmağı bacarıb. "Ağ-yaşıllar" qəbələlilərin qapısına son dəfə ötən mövsümün axırında səfərdə yol tapa biliblər - 1:3.
"İnter" isə "Qarabağ"la 4 çempionat matçının heç birindən qalib ayrıla bilməyib - 0:2, 0:1, 1:1, 0:1. Göründüyü kimi, 3 oyunda uduzan "bankirlər" yalnız 1 qol vura bilib. Onun müəllifi kapitan Nizami Hacıyev olub. "İnter"in "Qarabağ"a qalib gələ bilməməyi cari mövsümün yox, uzun illərin problemidir. Təsadüfi deyil ki, komanda Ağdam təmsilçisinə sonuncu dəfə 6 il öncə - 2010-cu ilin sentyabrın 11-də evdə 1:0 hesabı ilə qalib gəlib. "İnter"in digər rəqiblərdən fərlqi olaraq "Qarabağ"la ölkə kubokunun yarımfinalında da görüşəcək və heç olmasa onda qələbə həsrətinə son qoymaq imkanına malikdir.
Beləliklə, "İnter", "Xəzər Lənkəran" və "Neftçi" rəqibləri ilə matçlarda "abunəçi" olmalasar da, ona yaxın uğursuz nəticə göstəriblər. Hər halda, 4 oyuna cəmi 1 heç-heçə "abunəçi"liyə yaxın bir şeydir.