AZAL-ın futbolçusu Tagim Novruzovun Sportnet.az-a müsahibəsi
- Ağır zədə üzündən Kiyevdə cərrahiyyə əməliyyatı oldun və yenicə Bakıya qayıtmısan. Vəziyyətin necədir?
- Şükür Allaha, yavaş-yavaş özümə gəlirəm. Əməliyyatdan sonra ilk həftə çətin idi. Bərpa prosesi keçirəm, müxtəlif fiziki hərəkətlər edirəm.
- İstənilən halda, mövsüm sənin üçün vaxtından əvvəl başa çatıb...
- Bəli. Xaçabənzər ön bağlarım qırılıb ki, bu da futbolda ən ağır zədələrdən sayılır.
- Nə vaxt yaşıl meydana dönə biləcəksən?
- Həkimlərin dediyinə görə, bərpa prosesim iki ay çəkəcək. Bundan sona qaça, tədridən komanda ilə məşqlərə başlaya biləcəyəm.
- Komandanın autsayderə "Rəvan"a məğlubiyyəti sənin üçün nə dərəcədə gözlənilməz oldu?
- Açığı, bu nəticəni gözləmirdim. Meydana 3 xal qazanmaq üçün çıxmışdıq. Ancaq bu futboldur. "Rəvan" erkən qol vurdu, sonadan müdafiədən oynadı və üstünlüyünü qoruya bildi. Rəqibə bizə qol şansı vermədi.
- Bəlkə arxayınçılığın əziyyətini çəkdiniz?
- Yox. Baş məşqçimiz bizə oyundan öncə demişdi ki, zəif komandalar yoxdur. Rəqib "Rəvan" olmasına baxmayaraq hər oyuna maksimum köklənmək lazım idi. Gördüyünüz kimi, belə də oldu. Kim oyuna daha yaxşı köklənirsə, qələbə istəyi böyük olursa, o da nəticə qazanır.
- Avropa Liqasına 6-cı yerdən düşmək şansınızı necə dəyərləndirərdin?
- Şansımız var, sadəcə, bundan istifadə etmək laızmdır. İlk növbədə "Rəvan"lıa uğursuz oyunu unutmaq lazımdır. Səhvlər üzərinə işləyib nəticə çıxartnaq, irəliləmək gərəkdir.
- AZAL-la müqavilən bitirmi? Uzatmaq varinatl varmı?
- Bəli, bitir. Ancaq hələ uzatmaqla bağlı söhbət olmayıb. Yəqin ki, vaxtlarda olar.
- "Rəvan"la oyunu səninlə birgə "Bakı-2015" I Avropa Oyunlarının qalibi olan tanınmış taekvondoçumuz Radik İsayev izləyirdi...
- Biz onunla çoxdandır dostuq. Bu, hələ Dağıtandandır. Radik Bakıda olduğu vaxtda oyunlarımıza gəlir. Təlim-məşq toplanışında, turnirlərdə olduğu zamanı bu imkana malik olmur. Ancaq Bakıda olanda qardaşlarını dəstəkləməyə gəlir.