İspaniya "Real Madrid"inin baş məşqçisi Zinəddin Zidanın şalvarı yenə cırılıb. Sportnet.az-ın məlumatına görə, bu dəfə Zidanın geyimi Çempionlar Liqasında İngiltərənin "Mançester Siti" komandası ilə ilk yarımfinal matçının gərginliyinə dözməyib. 
Matç qolsuz nəticələnib. Cavab oyunu mayın 4-də Madriddə olacaq. 
Qeyd edək ki, Zinəddin Zidanın şalvarı 1/4 finalda Almaniya "Bavariya"sı ilə cavab görüşündə də cırılıb.  









                 






    
    
    
    
    
    
    
    
    






















































