Ukraynanın Avropa çempionatında iştirak edəcək U-17 yığma komandası Bakıya gəlib. Sportnet.az-ın məlumatına görə, yığmanın baş məşqçisi Aleksandr Petrakov hava limanında "Report"a müsahibə verib.
- Antalyadakı təlim-məşq toplanışınız necə keçdi?
- Toplanış yaxşı keçdi. Yığmadan razı qaldıq. "Antalyaspor"la bir yoldaşlıq görüşümüz oldu və 1:0 hesabı ilə qalib gəldik.
- Bildiyimizə görə, sizin Bakıda Azərbaycan yığması ilə mətbuat üçün qapalı oyununuz olacaq...
- Nə oyun? Mən bu matç barədə heç nə bilmirəm.
- Ümumiyyətlə Avropa çempionatından nə gözləyirsiz?
- Bu, hər bir məşqçi, hər bir futbol adamı üçün bayramdır.
- Rəqiblər barədə nə deyə bilərsiz?
- Bu yaşda bütün komandaların şansını eyni dəyərləndirirəm. Çempionata düşən 16 komandanın hamısı yaxşıdır.
- Bəs hansı komandaları favorit hesab edirsiniz?
- Açığını desəm, favorit adı çəkməyəcəyəm.
- Komandanızda gələcəkdə Runi və ya Poqba kimi ulduzu parlamaq ehtimalı olan futbolçu var?
- Mən heç kimi fərqləndirməyəcəyəm, xüsusilə də bu yaşda. Biz güclü komandayıq.
- Çempionatda qarşıya qoyulan məqsəd nədir?
- Yaxşı oynamaq. Ukraynalı azarkeşlərimizi sevindirmək.
Qeyd edək ki, Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatı 5 - 21 mayda keçiriləcək.