1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan Kubokunda ötənilki final təkrarlanır
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, bu, "Neftçi" klubudur.
Baş məşqçi Vəli Qasımovun komandası yarımfinalda "Neftçi"ni penaltilər seriyasında üstələyib. Cavab görüşünün əsas vaxtı ilk oyundakı kimi 1:1 hesablı heç-heçə ilə nəticələnib. QƏbələdəki görüşdə hesabı 59-cu dəqiqədə Ruslan Qurbanov açsa da, meydan sahiblərindən Ermin Zets 76-cı dəqiqədə bərabərliyi təmin edə bilib.
Əlavə vaxtda bu hesab dəyişmədiyindən, qalib penaltilər seriyasında müəyyənləşib. Bu zaman "Qəbələ"dən Vitali Vernidubla Samir Zərgərovun zərbəsi dəqiq olmayıb. "Neftçi"dən isə yalnız Anyete fərqlənə bilməyib.
"Neftçi"nin mayın 25-də baş tutacaq finaldakı rəqibi saat 19:00-da başlanacaq "Qarabağ" - "İnter" matçından sonra məlum olacaq. ilk görüşdə Ağdam təmsilçisi 4:0 hesabı ilə qalib gəlib. Qurban Qurbanovun komandası yenə finala yüksəlsə, ötənilki kimi, həlledici qarşılaşda "Qarabağ"la "Neftçi" üz-üzə gələcək.