1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ" - "Neftçi" finalı: Statistika nə deyir?
"Qarabağ" və "Neftçi" klubları Azərbaycan kubokunda 3-cü dəfə finalda görüşəcəklər. Sportnet.az-ın məlumatına görə, bütün milli çempionatlarımıızn iştirakçıları olan komandalar bunadək 1996 və 2015-ci illərdə həlledici matçda üzləşiblər.
İlk duel "Neftçi"nin böyükhesablı qələbəsi ilə nəticələnib - 3:0. 1996-cı ilin mayın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən həmin matçda Yunis Hüseynov dubl edib, daha bir qolun müəllifi isə Vidadi Rzayev olub.
2015-ci ilin iyunun 3-də keçirilən final isə ilk dəfə əyalətdə - Qəbələdə keçirilərək "Qarabağ"ın 3:1 hesablı qələbəsi qələbəsi ilə nəticələndi. Ağdam klubunun qollarına dubl edən Reynaldo Silvayla yanaşı, Muarem Muarem imza atdı. "Neftçi"dən isə artıq komandada olmayan kamerunlu hücumçu Ernest Nfor fərqləndi.
Göründüyü kimi, finalların balansı bərabərdir. Bu dəfə qalib gələn statistikada da irəli çıxacaq.