1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Finalın adı: "Liverpul" - "Sevilya" - YENİLƏNDİ
Bu gün futbol üzrə Avropa Liqasının finalçıları müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, finala vəsiqə uğrunda iki İspaniya, İngiltərə və Ukrayna klubu mübarizə aparıb.
"Sevilya" ardıcıl 3-cü dəfə Avropa Liqasının finalına vəsiqə qazanıb. Komanda əvvəlki 2 həlledici matçdan qalib ayrılıb. "Şaxtyor"la səfərdə məhsuldar heç-heçə edən sevilyalılar bu dəfə qalib gəlib. Elə "Liverpul" da evdə rəqibini məğlub edib. "Vilyarreal" öz meydanında 1:0 hesabı ilə qalib gəlsə də, səfərdə böyük hesabla uduzaraq mübarizəni dayandırıb.
Avropa Liqası, yarımfinal mərhələsi, cavab oyunları
"Liverpul" (İngiltərə) - "Vilyarreal" (İspaniya) - 3:0
Qol: Bruno, 7-öz qapısına, Daniel Starric, 63, Adan Lallana, 81
Qırmızı vərəqə: Viktor Ruiz, 72 ("Vilyarreal")
Baş hakim: Viktor Kaşşai (Macarıstan)
Liverpul."Enfild" stadionu
İlk oyun: 0:1
"Sevilya" (İspaniya) - "Şaxtyor" (Ukrayna) - 3:1
Qol: Kevin Qameyro, 9, 47 - Eduardo, 45
Baş hakim: Born Keypers (Hollandiya)
Sevilya. "Ramon Sançes Pisxuan" stadionu
İlk oyun: 2:2
Qeyd edək ki, final görüşü mayın 18-də keçiriləcək.