1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi" 700-ü kapitanla keçdi
Azərbaycan Premyer Liqasında XXXIII turun AZAL-la ev oyunu "Neftçi” üçün yubiley qolu ilə əlamətdar olub. Sportnet.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi ölkə çempionatları tarixində öz meydanında keçirdiyi qarşılaşmalarda 700-cü qolu vurub.
Bu görüşədək 338 ev oyununda 698 dəfə rəqib qapılarına yol tapan "ağ-qaralar”ın paytaxt derbisindəki 2-ci qolu yubiley xarakteri daşıyıb. "Neftçi”nin öz meydanındakı 700-cü qolunun müəllifi komandanın kapitanı Araz Abdullayev olub. AZAL-a 3:1 hesabı ilə qalib gələn "ağ-qaralar” qol sayını 701-ə də çatdırıb. Öz meydanında hamıdan çox qol vuran bakılılar 329 matçda 221 qələbə qazanıb, 76 heç-heçə edib və 42 dəfə uduzub. "Neftçi”nin öz meydanındakı top fərqi 701-209-dur.
Bu qol Abdullayevin özü üçün də əlamətdar olub. Yarımmüdafiəçi "Neftçi”nin heyətində 30-cu qolunu vurub. Ölkə çempionatında 23 dəfə fərqlənən Araz avrokuboklarda 3, Azərbaycan kubokunda 4 qolun sevincini yaşayıb.