Bolqarıstanın "Levski" komandasının futbolçusu Migel Bedoya "Neftçi"yə keçə bilər. Sportnet.az-ın "Meridian matç"a istinadən verdiyi məlumata görə, 30 yaşlı yarımmüdafiəçinin "ağ-qaralar"a keçidində hazırkı oyunçusu Anyete vasitəçilik edir.
İspaniyalı orta sahə oyunçusu da ötən mövsüm "Levski"də çıxış edib və Bedoya ilə komanda yoldaşı olub. Həmyerlisi Bedoyanın alınmasını şəxsən onun özü tövsiyə edib. Təcrübəli futbolçunun Sofiya klubu ilə müqaviləsi yayda başa çatır və yeni müqavilə təklifinə hələ yekun cavab verməyib. Rəfiqəsi isə onun İspaniyaya qayıtmasında israrlıdır.
Lakin Bakı şəhəri Bedoya üçün cəlbedici məkan ola bilər. Çünki "Neftçi"nin təklif etdiyi məbləğ onun Bolqarıstanda aldığından çox yüksəkdir. Amma Anyete keçmiş komanda yoldaşını "Levski"dən ayıra bilsə, sofiyalı fanatların antiqəhrəmanına çevriləcək. Halbuki onun 2014-2015 mövsümündə "Levski"ni çiyinlərində daşıdığı bildirilir.
Qeyd edək ki, Migel Bedoya Bolqarıstan klubu ilə 2014-cü ilin yayında 2 illik müqavilə bağlayıb. Ötən ay 30 yaşı tamamlanmış "Levski"nin 10 nömrəsi 48 oyuna 11 qol vurub.