Braziliya yığmasının sabiq futbolçusu Rivaldo insanları ölkəsində keçiriləcək 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına qatılmaqdan imtina etməyə çağırıb.
Sportnet.az-ın məlumatına görə, dünya çempionu bunu ölkəsində təhlükənin olması ilə əlaqələndirib. Sabiq hücumçu Braziliyanın hazırda insan həyatı üçün təhlükəli olduğunu bildirib: "Braziliyaya gəlməyi və olimpiadanı izləməyi planlaşdıranları evdə qalmağa çağırıram. Burada sizin həyatınız üçün təhlükə var".
Qeyd edək ki, olimpiada 5 - 21 avqustda keçiriləcək.