
Yeni mövsümdə Topaz Premyer Liqasının ilk turunda "İnter" öz meydanında "Qəbələ"ni qəbul edəcək. Paytaxt klubunun idman direktoru Natiq Məmmədov Sportnet.az-a püşkün nəticəsi barədə fikirlərini bildirib.
Məmmədov "bankirlər"in çempionata hazır olduqlarını söyləyib: "Bunu avrokuboklardakı çıxışımızla bağlamıram. Bu səbəbdən də püşkatmada bizə kimin rəqib olacağının heç bir fərqi yox idi. Əminəm ki, uğurlu start götürəcəyik".





































































