1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ramin Musayev: "Röya məzuniyyətə gedir"
"Bu dəfə lap maraqlı ssenari olacaq. Amma açıqlaya bilmərəm. Bu, sürprizdir". Bunu Sportnet.az-a açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
Azərbaycan Kubokunun finalı ilə bağlı danışan qurum prezidenti müğənni Röya Ayxanın bu dəfə "Qarabağ" - "Neftçi" görüşündə iştirak etməyəcəyini bildirib: "Bu dəfə Röya oxumayacaq. O, yorulub, məzuniyyətə gedir".
Musayev hakimliklə bağlı da fikrilərini bildirib: "Hakimlərimiz arasında cavanlar çoxdur, yeniləri gəlir və hamısına uğurlar arzu edirəm. Gələn il daha maraqlı oyunlar izləyərik və hər şey yaxşı olar. Yaşlarına baxanda builki hakimlər bizi qane edir. Ömər Paşayev hakimliyə gəldiyi 5 ildir və Premyer Liqadadır. Bu, hər yerdə olmur. Rəvan bölgədən gəlib, yaxşıdır. Yayda da çalışacağıq ki, bölgələrdə və ya ölkədən kənarda toplanışlar olsun".
Qeyd edək ki, Azərbaycan Kubokunun final matçı mayın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.