
Avstriyanın "Zalsburq" klubunun kapitanı Conatan Soriano Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkünü dəyərləndirib. Sportnet.az-ın məlumatına görə, 29 yaşlı yaşlı hücumçu həm "Qarabağ", həm də Malta "Valletta"sını çox tanınmadığını bildirib.
Lakin ispaniyalı forvard hər iki komandaya maksimum hörmətlə yanaşılmasının vacibliyini vurğulayıb: "Bu komandalardan biri növbəti mərhələyə gözəl gözlərinə görə çıxmayacaq".
Qeyd edək ki, "Qarabağ" ilk görüşdə "Valletta"nı Maltada məğlub edib - 1:0. Cavab matçı iyulun 22-də Bakıda olacaq.