Bu gün 17 yaşadək yığma komandalar arasında Avropa çempionatının final mərhələsində yarımfinal oyunları keçiriləcək. Sportnet.az-ın məlumatına görə, mayın 21-də finalada görüşəcək yığmalar "Dalğa Arena"dakı matçlarda müəyyənləşəcək.
Yarımfinalçılardan Portuqaliya Azərbaycan yığmasının yer aldığı A, Almaniya isə B qrupunun qalibi olub. İspaniya və Hollandiya milliləri isə D qrupunda müvafiq olaraq 1-ci və 2-ci yerləri tututblar. Göründüyü kimi, əsasən qrup qaliblərinin mübarizə apardığı yarımfinalda yalnız "narıncılar" 2-ci pillədən çıxandır.
"Dalğa Arena"da ilk olaraq meydana Portuqaliya və Hollandiya yığmaları çıxacaqlar. Sözsüz ki, bu görüşdə portuqaliyalılar favoritdir. Onlar final mərhələsində nəinki uduzmayıb, qol da buraxmayıb.
İspaniya və Almaniya yığmaları arasında oyun daha çox maraq doğurur. Hətta bu görüşü erkən final da adlandırmaq olar. Çoxları məhz bu cütün qalibinin Avropa çempionu olacağını düşünür.
Avropa çempionatı, yarımfinal oyunları
18 may
Portuqaliya - Hollandiya - 2:0
Qol: Joze Qomeş, 25. Dioqo Dalot, 56
Baş hakim: Peter Kraloviç (Çexiya)
"Dalğa Arena"
İspaniya - Almaniya - 2:1
56-cı dəqiqədə Yordi Mbula (İspaniya) penaltini qaçırdı (dirək).
Qollar: Abel Ruis, 64, Brahim Diaz, 78 - Renat Dadaşov, 11
Qırmızı vərəqə: Jan-Kristof Bartels (Almaniya), 90+2 (birbaşa)
Baş hakim: Martoş Frankovski (Polşa)
"Dalğa Arena"