
Avropa Liqasının II təsnifat mərhələsində Sloveniyada "Koper” və "Neftçi” komandaları arasında keçiriləcək matçı Fransadan olan hakimlər briqadası idarə edəcək. Sportnet.az-ın flaqmanın rəsmi saytına istinadən məlumatına görə, oyunun baş hakimi Benua Miyo olacaq.
Ona həmyerlilərindən Stefan Luzi və Siril Sent Krik Lompr yan xətt, Sebastyan Moreyra 4-cü hakim qismində kömək edəcəklər. Görüşün UEFA nümayəndəsi Tormod Larsen (Norveç), hakim-inspektoru- Alfredo Trentalange (İtaliya) olacaq.
Qeyd edək ki, iyulun 24-də keçiriləcək "Koper" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 23:30-da başlanacaq.