1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Reynaldo ilə Almeydanı milliyə gətirmək riskli idi"
"Riçard Almeyda ilə Reynaldo Silva "Qarabağ"a gəldikləri 2012-13-cü illərdə ilk vaxtdan öz oyunları ilə diqqət mərkəzində düşdülər. Həmin vaxt onların milliləşdirilərək yığmamıza cəlb olunması ilə bağlı mətbuatda böyük rezonans oldu. Hətta o dövrdə yığmamızın baş məşqçisi olan Berti Foqtsa mətbuat konfransında sual verilmişdi".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri AFFA-nın baş katibi Elxan Məmmədov "Xəzər TV"də yayımlanan "Futbol saatı" proqramında bildirib. O deyib ki, "Qarabağ"dan Reynaldo Silva ilə Riçard Almeydanın milliləşdirilməsi üçün tələb olunan zaman keçməlidir: "Onların milliləşdirıməsi ilə bağlı söhbət ilk gəldikləri vaxtda oldu. "Qarabağ"da öz oyunları ilə bütün Azərbaycana fərqləndiklərini göstərdilər. Təbii ki, milliləşdiirmə söhbəti beynəlxalq mətbuatda dərhal səsləndi. Reynaldo ilə Almeydanın Azərbaycanda nə vaxtdan oynamağı başladığı məlum idi. 2013-cü ildə beynəlxalq futbol təşkilatlarından bizə zəng oldu. Dedilər ki, diqqətli olun, biz izləyirik. Futbolçunun adından görünür ki, Braziliya vətəndaşıdır, harada doğulub, nə vaxt Azərbaycana gəlib. Ona görə qaydalara əsasən 5 il gözləməyə məcbur olduq. Biz bilmirik ki, 5 ildən sonra milli komandamızın baş məşqçisi kim olacaq, futbolçuların səviyyəsi necə olacaq, millimizdə oynamağı istəyəcəklərmi?"
Məmmədov Almeyda ilə Silvanı AFFA-ya dəvət etmələrindən də söz açıb: "Reynaldo ilə AFFA-da görüşüb söhbətləşdik. Bildirdik ki, bizim marağımız var. Reynaldo o vaxt dedi ki, mən gözləyərəm. Hər şey yaxşı olsa, mən Azərbaycanda qalsam, baş məşqçi istəsə, millidə oynayaram. Biz qəraq qəbul etdik ki, risk etməyək. Çünki bu, riskli addım idi. Onları millyə dəvət edə, bri-iki oyunda uğur qazana bilərdik. Ancaq bundan sonra rəqib komanda araşdırma aparar və bizə problem yarana bilərdi".