Avropa çempionatları tarixində antirekord qırılmayıb. Sportnet.az-ın məlumatına görə, İsveçrə millisinin müdafiəçisi Fabian Şerin Albaniya yığmasına 5-ci dəqiqədə vurduğu qol tunirin final mərhələsində ən erkən qol olmayıb.
Belə ki, 2008-ci ildə Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriçin Avstriya millisinin qapıçısı Yurgen Maxoya 4-cü dəqiqədə vurduğu qol ən erkən qol kimi tarixə düşüb və indiyədək də qalıb.
Final mərhələsinin tarixində 3-cü və 4-cü göstərici ilk çempionatda olub. 1960-cı ildə keçirilən həmin turnirdə Yuqoslaviya - Fransa matçında komandalar 11 və 12-ci dəqiqələrdə bir-birlərinin qapısına yol tapıblar.