AVRO-2016-da B qrupunun digər oyunu olan İngiltərə - Rusiya matçında start heyətlər müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, baş məşqçilər ilk dəqiqələrdən meydana çıxacaq futbolçuları müəyyənləşdiriblər. İngiltərə çempionu "Lester"in bombardiri Ceymi Vardinin ehtiyatda qalmağı əsas diqqətiçəkən məqamdır.
İngiltərə: 1. Con Hart, 2. Kayl Uolker, 3. Denni Rouz, 5. Qari Keyhill, 6, Kris Smollinq, 7. Rəhim Sterlinq, 8. Alan Lallana, 9. Harri Keyn, 10. Ueyn Runi (k), 17. Erik Dayer, 20. Dele Alli
Baş məşqçi: Roy Hocson
Rusiya: 1. İqor Akinfeyev, 3. İqor Smolnikov, 4. Sergey İqnaşeviç, 5. Roman Noytştadter, 9. Aleksey Kokorin, 10. Fyodr Smolov, 13. Aleksandr Qolovin, 14. Vasili Berezutski (k), 14. Oleq Şatov, 21. Georgi Şennikov, 22. Artyom Dzyuba
Baş məşqçi: Leonid Slutski