
AVRO-2016-da C qrupunda ilk tura yekun vuran Almaniya - Ukrayna matçının ən yaxşı futbolçusu açıqlanıb. Sportnet.az-ın məlumatına görə, bu, Bundestimin yarımmüdafiəçisi Toni Kroos olub. 26 yaşlı futbolçu yarımmüdafiənin mərkəzində inamlı oyunu, ötürmələri ilə millisin 2:0 hesablı qələbəsində böyük rol oynayıb.