
AVRO-2016-da E qrupunda keçirilən İrlandiya - İsveç oyununun ən yaxşı futbolçusu açıqlanıb. Sportnet.az-ın məlumatına görə, bu, irlandların yarımmüdafiəçisi Ues Hoolahan olub. Futbolçu bu matçda hesabı açsa da, komanda yoldaşının avtoqolu qələbə ilə starta imkan verməyib - 1:1.