1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İngiltərə qalib gəldi, AVRO-2016-da ilk qolsuz oyun, Ukraynaya əlvida! - YENİLƏNDİ
Bu gün futbol üzrə Avropa çempionatında 3 oyun keçirilib. Sportnet.az-ın məlumatına görə, ilk matçda Britaniya derbisi olub. İngiltərə Uelslə görüşdə əzmkar qələbə qazana bilib. Özü də ingilislərdə qolları ikinci hissədə meydana çıxan hücumçuları vurublar. Bu qələbə sayəsində Roy Hocsonun komandası 4 xalla turnir cədvəlində vahid lider olub.
Günün ən gözlənilməz nəticəsi Ukrayna - Şimali İrlanidya oyununda qeydə alınıb. Ukraynalılar yenə 0:2 hesabı ilə uduzublar və nəticədə qrupdan çıxmaq şansını itiriblər. Bu, Almaniya - Polşa matçının heç-heçə bitməsindən sonra rəsmiləşib. Bununla da AVRO-2016-da ilk dəfə qolsuz oyun olub.
Avropa çempionatı, qrup mərhələsi
B qrupu
17:00 İngiltərə - Uels - 2:1
Qol: Ceymi Vardi, 56. Daniel Starric, 90+2 - Qaret Beyl, 42
Baş hakim: Feliks Brıx
Yan xətt hakimləri: Mark Borş, Ştefan Lupp
Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Frits
Dördüncü hakim: Matey Yuq (hamısı Almaniya)
Ehtiyat hakim: Robert Vukan (Sloveniya)
Lans. "Bollar Delelis" stadionu
Xal durumu: İngiltərə - 4. Uels - 3. Slovakiya - 3. Rusiya - 1.
C qrupu
20:00 Ukrayna - Şimali İrlandiya - 0:2
Qol: Qaret Makoli, 49. Neyl Makginn, 90+6
Baş hakim: Pavel Kralovets (Çexiya)
Yan xətt hakimlər: Roman Slışko (Slovakiya), Tomaş Mokruş (Çexiya)
Əlavə köməkçi hakimlər: Petr Ardelyanu, Mixal Patak
Dördüncü hakim: Tasos Sidiropulos
Ehtiyat hakim: Damianos Eftimiadis (hər ikisi Yunanıstan)
Lion, "Lyumler" stadionu
23:00 Almaniya - Polşa - 0:0
Baş hakim: Byörn Kuypers
Yan xətt hakimləri: Sander van Rökel, Ervin Zeynstra
Əlavə köməkçi hakimlər: Pol van Bökel, Rixard Lisveld
Dördüncü hakim: Daniele Orsato
Əlavə hakim: Elenito Di Liberatore (hər ikisi İtaliya)
Sen-Deni. "Stad de Frans"
Xal durumu: Almaniya - 4. Polşa - 4. Şimali İrlandiya - 3. Ukrayna - 0.