Futbol üzrə Avropa çempionatında III turun ilk oyun günü üçün təyinatlar açıqlanıb. Sportnet.az-ın məlumatına görə, "Qarabağ"ın futbolçusu Ansi Aqollinin çıxış etdiyi Albaniya milli komandasının Rumıniya ilə görüşünü çexiyalı baş hakim Pavel Kralovets idarə edəcək.
İsveçrə - Fransa görüşü isə sloveniyalı referi Damir Skominaya tapşırılıb. A qrupundakı hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Avropa çempionatı, III tur
A qrupu
23:00. Rumıniya - Albaniya
Baş hakim: Pavel Kralovets (Çexiya)
Yan xətt hakimləri: Roman Slışko (Slovakiya), Tomaş Mokruş (Çexiya)
Əlavə köməkçi-hakimlər: Petr Ardelyanu, Mixal Patak (hər ikisi Çexiya)
Dördüncü hakim: Tasos Sidiropulos
Ehtiyat köməkçi-hakim: Damianos Eftimiadis (hər ikisi Yunanıstan)
Hakim-inspektor: Herbert Fandel (Almaniya)
UEFA nümayəndəsi: Martin Sturkenboom (Hollandiya)
23:00. İsveçrə - Fransa
Baş hakim: Damir Skomina
Yan xətt hakimləri: Yure Praprotnik, Robert Vukan
Əlavə köməkçi-hakimlər: Matey Yuq, Slavko Vinçiç (hamısı Sloveniya)
Dördüncü hakim: Marko Frits
Ehtiyat köməkçi-hakim: Mark Borş (hər ikisi Almaniya)
Hakim-inspektor: Kiros Vassaras (Yunanıstan)
UEFA nümayəndəsi: Adonis Prokopyu (Kipr)