
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının heyətinə yeni futbolçu cəlb olunub. Sportnet.az-ın məlumatına görə, bu, "Vətən" futbol məktəbinin üzvü Fərman Bayramovdur. Futbolçu yığmamızın Rostov şəhərindəki təlim-məşq toplanışına qatılıb.