AVRO-2016-ya böyük azarkeş marağı var. Sportnet.az-ın məlumatına görə, iyunun 10-da Fransada başlayan final mərhələsinin keçirildiyi oyunları stadionlardan izləyənlərin sayı 1 milyonu ötüb. Bu haqda turnirin rəsmi TWitter səhifəsi məlumat yayıb.
Ən çox azarkeş açılış matçı olan Fransa - Rumıniya oyununda (2:1) olub - 75114 nəfər. Ən az azarkeş İspaniya - Çexiya matçında olub. Belə ki, ispanların 1:0 hesabı ilə qalib gəldiyi həmin oyunda arenada 29400 nəfər toplaşıb.