Çempionlar Liqasında təmsilçimiz olan "Qarabağ"ın Avstriyada təlim-məşq toplanışı davam edir. Sportnet.az-ın məlumatına görə, toplanışın beşinci günündə komandanın iki məşqi nəzərdə tutulub.
İlk məşq yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 14:00) olub. Hazırlıqda futbolçular daha çox fiziki taktiki çalışmalara üstünlük verib. Komandanın axşam məşqi isə yerli vaxtla saat 19:00-da başlayıb. Məşqə Bosniya və Herseqovina yığmasının heyətində Yaponiyada keçirilmiş Kirin Kubokunu qazanan qapıçı İbrahim Şehiç də qatılıb.