1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İslandiya, Macarıstan, Portuqaliya, İsveç və İrlandiya 1/8 finalda, Türkiyə qrupda qaldı - YENİLƏNDİ
Futbol üzrə Avropa çempionatında qrup mərhələsinə yekun vurulub. Sportnet.az-ın məlumatına görə, son oyun günündə E və F qruplarında III turun görüşləri baş tutub.
E qrupunda növbəti mərhələyə vəsiqəni təmin etmiş İtaliya yığması İrlandiyanı sınağa çəkib. "Skuadra Adzurra" bu görüşədək qrup lideri kimi 1/8 finala vəsiqəni təmin etdiyi üçün matça ikinci heyətlə çıxıb. İrlandiya son dəqiqələrdə vurduğu qolla xallarını 4-ə çatdırıb və qrupu 3-cü pillədə başa vurub. Belçika isə İsveç üzərində eyni hesabla qalib gələrək, ikinci yeri tutub.
F qrupunda isə Macarıstan - Portuqaliya matçı kifayət qədər gərgin alınıb. Macarıstan 3 dəfə hesabda irəli çıxsa da, hər dəfə Portuqaliya cavab topunu vurub. Tərəflərdən Balaj Cucakla Kriştianu Ronaldu hərəyə 2 dəfə fərqlənib. 6 qolun vurulduğu qarşılaşma AVRO-2016-da ən çox qolun qeydə alındığı oyun ünvanını ələ keçirib. Görüş isə 3:3 hesabı ilə başa çatıb.
Paralel matçda İslandiya Avstriyaya son dəqiqə qolu ilə qalib gələrək, xallarını 5-ə çatdırıb və eyni xala malik Macarıstandan sonra 2-ci yeri tutub. 3-cü yer isə Portuqaliyaya qismət olub.
Beləliklə, qruplarda 3-cü yer sahiblərindən Türkiyə və Albaniya mübarizəni dayandırıb. Əvəzində Portuqaliya, İrlandiya, Slovakiya və Şimali İrlandiya daha üstün xal və top fərqinə malik olmaları səbəbindən mərhələ adlayıblar.
Avropa çempionatı, III tur
F qrupu
20:00 İslandiya - Avstriya - 2:1
Qol: Yon Dadi Bodvarsson, 18. Arnor İnqvi Traustason - Alessandro Şopf, 60
Baş hakim: Şimon Marçinyak
Yan xətt hakimləri: Pavel Sokolniski, Tomaş Listkeviç
Əlavə köməkçi hakimlər: Pavel Raçkoviski, Tomaş Musyal (hamısı Polşa)
Dördüncü hakim: Mark Klattenburq (İngiltərə)
Sen-Deni. "Stad de Frans"
20:00 Macarıstan - Portuqaliya - 3:3
Qollar: Zoltan Gera, 19. Balaj Cucak, 47; 55 - Luiş Nani, 42. Kriştianu Ronaldu, 50; 62
Baş hakim: Martin Atkinson
Yan xətt hakimləri: Mixael Mullerkey, Stefan Çayld
Əlavə köməkçi-hakimlər: Mixael Oliver, Kreyq Pouson (hamısı İngiltərə)
Dördüncü hakim: Aleksey Kulbakov (Belarus)
Lion. "Lyumler"
E qrupu
23:00 İtaliya - İrlandiya - 0:1
Qol: Robbi Bredi, 85
Baş hakim: Ovidiu Alin Hateqan
Yan xətt hakimləri: Oktavian Sovre, Sebastian George
Əlavə köməkçi-hakimlər: Aleksandru Tudor, Sebastian Coltesku (hamısı Rumıniya)
Dördüncü hakim: Tasos Sidiropulos
Lill. "Pyer Morua"
23:00 İsveç - Belçika - 0:1
Qol: Raca Naynqqolan, 84
Baş hakim: Feliks Brıx
Yan xətt hakimləri: Mark Borş, Ştefan Lupp
Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Frits (hamısı Almaniya)
Dördüncü hakim: Matey Yuq (Sloveniya)
Nitsa. "Alyans Rivyera"
Qeyd edək ki, 1/8 final oyunlarına iyunun 25-dən start veriləcək.