1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kərim Diniyev: "Topu Şişxanova vurmaq niyyətim yox idi" - MÜSAHİBƏ
"Kəpəz"in futbolçusu Kərim Diniyev Avropa Liqasının I təsnifat mərhələsində Moldovanın "Daçiya" klubu iolə oyundan sonra brifinq keçirib. Sportnet.az-ın oyunda olan əməkdaşının məlumatına görə, yarımmüdafiəçi jurnalistlərin suallarını cavablandırıb.
- Qəbələ qazanmağınıza nə mane oldu?
- Hesabı açmaq, qələbə qazanmaq üçün üçün çox çalışdıq. Havanın istiliyindən çox yorulmuşduq. Ola bilər ki, ona görə ikinci hissədə tempi bir az aşağı saldıq. Buna baxmayaraq, komandaməzən yaxşı oynadığını fikirləşirəm. Həqiqətən bu il artıq öz sözünü deyə biləcək səviyyədə "Kəpəz" komandası yaranıb. Çox qol vəziyyətlərimiz oldu. Əfsuslar olsun ki, istifadə edə bilmədik. Qələbə istəyimiz alınmadı. İnşallah, səfərdə istəyimizə çatarıq. Ən əsası, evdə qol buraxmadıq. Səfərdən ən az qollu heç-heçə, qələbə ilə qayıtmaqla mərhələni keçən tərəf biz olaq.
- Şansları necçə faiz dəyərləndirirsən? Rəqib bu hesabdan sonra bir az üstündürmü?
- Yox, mən belə hesab etmirəm. Komandanın gücünü də gördük. "Daçiya" keçiləsi rəqibdir. Şanslar bərabər qalır. Bu cütün taleyi Kişinyovda həll olunacaq.
- İkinci hissədə "Daçiya"nın prezidenti ilə problemin oldu. Orda nə baş verdi?
- Bizim oyunçu yerə yıxılmışdı. Onlar topu auta çıxarmadılar, hücum edirdilər. Mən də əsəblərimə hakim ola bilmədim. Topu klub prezidentinə vurmaq niyyətim yox idi. Sadəcə, topu çıxarmaq istəyirdim. Top təsadüfən ona dəydi.
- O sənə nə dedi, söyüş söydü?
- Yox. Sadəcə, dedi ki, gələrsən Kişinyova. Dedim ki, problem yoxdur.
- Şahin müəllim işi yoluna qoydu...
- Sonra gedib özüm də üzr istədim, barışdıq. "Daçiya"nın prezidenti ki, problem yoxdur.
- "Daçiya"nın prezidenti mərhələ keçəcəklərinə 100 faiz əmin olduğunu açıqladı. Sən nə deyə bilərsən?
- Bu, onun şəxsi fikridir. Hər şey ikinci oyunda bilinəcək.
- Hər halda, moldovalılar kimi sən də rəqibi gördün...
- Bəli. Dediyim kimi, "Daçiya" keçiləsi rəqibdir. İnanıram ki, Kişinyovda qələbə qazanıb mərhələ keçəcəyik.
- "Daçiya"nın gözlənilənlərin əksinə qorxulu rəqib olmadığı göründü...
- Məncə, onların oyunda heç bir qol vəziyyəti olmadı. Bizdə isə çox oldu, sadəcə. istifadə edə bilmədik. "Daçiya" yaxşı komandadır. Demirəm ki, pisdir. Rəqibə hörmət edirik. Ancaq öz gücümüzə də inanırıq.
- Toplanışdan yeni çıxdığınızdan yorğunluq hiss olunur...
- Biz Ərzurumda toplanışda olduq. Orda dağ havası dəniz səviyyəsindən 1000 metr yüksəlikdə məşq etmişik. Orda sonra adaptasiya keçməyə 5-6 gün vaxtımız oldu. Ona görə ilk günlərdə nəfəs almaqda çətinlik vardı. Ancaq son gündə məşqdə də hiss elədik ki, adaptasiya keçmişik. Komanda yaxşı vəziyyətdədir. Cavab görüşünə tam hazırıq.