Türkiyənin İstanbul şəhərindəki Atatürk Hava Limanında baş vermiş terror hadisəsi ilə əlaqədar Azərbaycanı tərk edə bilməyən Moldovanın "Daçiya" klubu bu gecə də Bakıda qalacaq. Sportnet.az-ın məlumatına görə, "Daçiya" Azərbaycan paytaxtından sabah saat 10:30-da ayrılacaq.
Moldova təmsilçisi iyunun 28-də "Dalğa Arena"da "Kəpəz"lə Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununa çıxıb. 0:0 hesabı ilə nəticələnən görüşün ardından qonaq komanda Bakı - İstanbul - Kişinyov reysi ilə geri qayıtmaq üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına yollanıb. Lakin terror təhlükəsi ilə əlaqədar uçuş hələ də baş tutmayıb.
Qeyd edək ki, "Kəpəz"lə "Daçiya" arasındakı cavab görüşü iyulun 7-də keçiriləcək.