"Qəbələ"nin futbolçusu Asif Məmmədov Avropa Liqasında Gürcüstanın "Samtredia" klubu ilə sabahkı oyunda iştirak edə bilməyəcək. Sportnet.az-ın məlumatına görə, 30 yaşlı yarımmüdafiıəçi zədə üzündən ilk matçı kənardan izləməli olacaq.
Məmmədovun komandanın Tiflisdəki təlim-məşq toplanışında son yoxlama oyunu olan "Sioni" ilə matçdı aldığı xəsarət onu digər Gürcüstan komandasına qarşıoynamasına əngəl olub. "Qəbələ" Bakıya qayıtdıqdan sonra hazırlıqdan kənarda qalan təcrübəli futbolçu bu gün keçirilən son məşqi də buraxmalı olub.
Xatırladaq ki, Asif Məmmədov Qəbələdə avrokuboklarda ilk qolumuzun müəllifidir. O, "qırmızı-qaralar"ın heyətində ötən mövsüm Avropa Liqasının ilk təsnifat mərhələsində məzh gürcülərlə - Tiflis "Dinamo"su ilə matçda hesabı açmaqla qələbənin (2:0) təməlini qoymuşdu.