1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rikardinyo: "Gürcüstanda da belə oynamalıyıq"
"Samtredia" ilə yaxşı hazırlaşmıdşıq. Həm müdafiədə etibarlıq, həm də yaxşı əks-hücuumlar təşkil etdik. Bunun da nəticəsində çox yaxşı hesabla qalib gəldik". Sportnet.az-ın oyunda olan əməkdaşının məlumatına görə, bu fikirləri "Qəbələ"nin braziliyalı futbolçusu Rikardinyo bildirib. Avropa Liqasının I təsnifat mərhələsində Gürcütanın "Samtredia" klubuna 5:1 hesabı ilə qalib gələcəklərini gözləmədiklərini gizlətməyən müdafiəçi bu nəticəni qazanmaq üçün çox çalıdşıqlarını bildirib: "Hesabın belə olacağılnı gözlədiyimi desəm, bu, yalan olar. Təkcə mən yox, heç kim bu hesabı fikirləşmirdi. Hər hada, bunu əldə etmək, yaxşı oynamaq üçün əlimizdən gələni etdiik".
Rikardinyo onu da bildirib ki, evdəki böyükhesablı qələbəyə baxmayaraq, səfərdə onları çətin oyun gözləyəcək: "Əlsində, bu oyun da bizim üçün asan olmadı. Rəqibinin qarşını almaq üçü bütünc gücümüzlə çalışdıq. Meydanda sonadək mübarizə apardıq və yaxşı nəticəyə nail odluq. Səfərdə də belə oynamalıyıq".
Xatırladaq ki, "Qəbələ" "Samtredia" ilə səfər matçını iyulun 7-də Zestafonidə keçirəcək.