1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" üçün əlamətdar məqamlar
Avropa Liqasının I təsnifat mərhələsində Gürcüstanın "Samtredia" klubu ilə keçirilən oyun "Qəbələ" üçün bir sıra əlamətdar hadisələrlə yadda qalıb. Sportnet.az-ın məlumatına görə, bu, klub tarixinə ən böyükhesablı avrokubok qələbəsi kimi düşüb.
Ardıcıl 3-cü dəfə qatıldığı yarışda 4-cü qələbəsini qazanan "qırmızı-qaralar" əvvəlki oyunlarda iki dəfə 2:0, bir dəfə 1:0 hesabı ilə qalib gəlib. İlk dəfə böyük hesablı – 3 və daha çox top fərqilə qalib gələn "Qəbələ" Azərbaycan futbolu tarixinə də düşüb. Əyalət təmsilçisi ev oyununda ən çox qol vuran komanda ünvanına yiyələnib.
Debüt oyununda het-trikə imza atan yeni transfer Teo Uiks "Qəbələ"nin tarixində avrokubok matçında 3 qol vuran ilk futbolçu kimi düşüb. Ümumilikdə isə liberiyalı Azərbaycan klublarının qitə miqyaslı turnirlərdə və "Qəbələ"nin heyətində 3-cü het-trikinin müəllifidir.
- "Qəbələ”nin 4-cü, Uiksin 2-ci qolu klub tarixinin avrokuboklarda ümumilikdə 15-ci, evdə 10-cu topu olub.
- "Qəbələ”nin 2-ci qolunun müəllifi Sergey Zenyov "qırmızı-qaralar”ın Roman Qriqorçukun rəhbərliyi altında 100-cü topuna sevinib. Komanda ukraynalı mütəxəssisin baş məşqçiliyi altında 103 qol vurub, 65-ni buraxıb.
- Roman Qriqorçuk "Qəbələ” ilə 15-ci avrokubok matçına çıxıb. Bu qarşılaşmalarda 4-cü qələbəsini qazanan komanda 5 heç-heçə edib, 6 məğlubiyyət alıb, 16 qol vurub, 19-nu buraxıb.
- Vojislav Stankoviç "Qəbələ”də 40-cı oyununu keçirib.
- Start heyətində meydana çıxan 4 futbolçu - Nika Kvekveskiri, Teo Uiks, Filip Ozobiç və Baqali Dabo, həmçinin meydana sonradan daxil olan Tellur Mütəllimov "Qəbələ”də ilk rəsmi oyununu keçirib. Klubun 11 illik tarixində "qırmızı-qara” forma geyinənlərin sayı 207-yə çatıb.
- Uiks ilk liberiyalı, Ozobiç ilk xorvatiyalı olub. Bununla da "Qəbələ”də təmsil olunan ölkələrin sayı 37-yə çatıb. Bu matçadək 35 ölkədən 99 legioner rəsmi matçlarda "qırmızı-qaralar”ın heyətində çıxış etmişdi. Kvekveskiri, Dabo, Uiks və Ozobiç 37 ölkədən olan legionerlərin sayını 103-ə çatdırıb. Digər 104 oyunçu isə yerli futbolçulardır.
- Kvekveskiri 10-cu gürcüstanlı, Dabo 2-ci fransalıdır.
- Bu matçadək "Qəbələ”nin 104 futbolçusu qol vurmuşdu. Qol hesablarını açan Vojislav Stankoviç və Teo Uiks bu rəqəmi 106-ya çatdırıb. Sergey Zenyov isə "qırmızı-qara” formada qol sayını 5-ə çatdırıb.
- "Qəbələ”nin heyətində 15-ci avrokubok matçına çıxan Sergey Zenyov klub tarixinin rekorduna şərik olub. Bunadək yalnız Dodo qitə kuboklarında "qırmızı-qara” formada 15 görüşə çıxmışdı.
- Sergey Zenyov avrokuboklarda 3-cü qolunu vurmaqla, Teo Uiks bir matçda 3 dəfə fərqlənməklə klub tarixinin qitə kuboklarındakı ən məhsuldar oyunçuları siyahısında Cavid Hüseynova çatıblar. Hərəyə 3 qola imza atan "üçlük” yalnız Dododan (4 qol) geri qalır. Stankoviç və Uiks qol hesabını açmaqla avrokuboklarda "Qəbələ” üçün fərqlənənlərin sayını 7-yə çatdırıb.
- 7 oyunçu - Nika Kvekveskiri, Teo Uiks, Filip Ozobiç, Baqali Dabo, Rəşad Eyyubov, Qismət Alıyev, Tellur Mütəllimov avrokuboklarda ilk dəfə "Qəbələ”nin şərəfini qoruyub. Qitə kuboklarında "qırmızı-qara” forma geyinənlərin sayı 42-yə çatıb.