1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Mehman Allahverdiyev: "Hansı baş məşqçi bunu edərdi?" - MÜSAHİBƏ
"Kəpəz"in icraçı direktoru Mehman Allahverdiyevin Moldova "Daçiya"sı ilə Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşü ərəfəsində Sportnet.az-a müsahibəsi...
- Səfəröncəsi özünüzü necə hiss edirsiniz?
- Deyə bilmərəm ki, kimsə özünü pis hiss edir. Çox yaxşıyıq.
- Kişinyova inamla gedirsiniz?
- Əlbəttə. Hələ indiyə qədər heç bir oyuna bu qədər soyuqqanlı yanaşmamışam. İnanıram ki, "Daçiya"nı keçəcəyik.
- İnamınız nədən irəli gəlir: "Daçiya" gözlənilən kimi güclü olmadı deyə, yoxsa "Kəpəz"in heyətinin güclənməsinə görə?
- "Kəpəz"in güclənməsindən. Bakıda "Daçiya"nın oyununu da gördük. Düzdür, normal komandadır. Ancaq Bakıdakı görüşdə bizim qol imkanlarımız daha çox oldu. Onlarda isə elə-belə epizodlar idi. Düzdür, ikinci yarıda bir az yorğunluq oldu. Komandamız gözəl oynadı. Hamı oyunumuzu bəyəndi. Zarafat deyil, heyətdə o qədər dəyişiklik olsun və bu cür yaxşı oynayaq. İnam daha da artıb.
- Azarkeşlərə qələbə sözü verə bilərsiniz?
- Futbolda heç kəs söz verə bilməz. Avropa çempionatında İngiltərəni İslandiya mübarizədən kənarlaşdırdı. İslandiyada da toy-bayram idi. Adama ləzzət edirdi. Heç kim yatsa, yuxusunda görməzdi. Bəli, elə İslandiyanın əhaləsi Gəncə boydadır. Komandamız "Daçiya"ya qalib gəlməyə qadirdir. Söz vermək isə heç vaxt düzgün çıxmaz.
- "Kəpəz"də komandanı avrokuboklara baş məşqçi kimi çıxarsanız da, mərhələ keçə bilməmisiniz. Maraqlıdır, həminki komanda güclü idi, yoxsa indi?
- Deməzdim ki, o vaxt güclü deyildik. Səfərdə Makedoniya "Sloqa"sına 0:1 hesabı ilə uduzsaq da, evdə 2:1 hesabı ilə qalib gəlmişdik. İlk dəfə Azərbaycanda Çempionlar Liqasında qalib gəlmişik. Sadəcə, evdə buraxılan qola görə mərhələ adlaya biulmədik. O vaxtı da komandamız güclü idi. Hələ Latviya "Dinaburq"u ilə görüşləri də xatırlayıram. Evdə də, səfərdə də 0:1 hesabı ilə uduzduq. Halbuki "Dinaburq"a 5:0 hesabı ilə qalib gəlməli idik. Səfərdəki matçda heç rəqib qapımıza yaxın dura bilmirdi. Hələ səfərdə uduzsaq da, oyunçulara mükafat verdik. Düzdür, yığmamızda da uduzandan sonra mükafat olub. Yaxşı oyuna görə mükafat vermək olar. Biz ilk oyundan sonra mükafatı ona görə verdik ki, cavab oyununa daha yaxşı motivasiya olsun.
- "Daçiya"nın özündən razılıqları "Kəpəz"i oyuna daha yaxşı motivasiya edir?
- Sizə deyim ki, Adlan Şişxanov heç özünü prezident kimi aparmırdı. Biz öz komandamız haqda danışa bilərik. Azərbaycanda heç bir klubda prezident özünü baş mışqçi kimi aparmır. Bu günədək Şahin Diniyevin işinə qarışmamışıq. "Daçiya" "feyr-pley"a riaət etmirdi, topu çölə atmırdı. Ancaq qol vurmaq istəyirdilər. Onların o hərəkətlərinə cavab verməzdən öncə, elə biz Azərbaycanın, Gəncənin adına uyğun çıxış etmək istəyirik. "Kəpəz"in mərhələ keçməsini istəyirik. Bu il üç komandamızdan ikisi qalib gəlib, biz də bunu istəyirik.
- "Kəpəz"in heç-heçəsi fonunda qalib gələn "Qəbələ" və "Neftçi"yə həsəd aparmırsınızki?
- Yəqin ki, idman paxıllığını nəzərdə tutursuz. Biz sevindik ki, "Qəbələ" və "Neftçi" qalib gələrək, artıq cütün taleyini həll etdi. Hər ikisi məsələni həll etdi.
- "Daçiya"nın prezidentinin özünü prezident kimi aparmadığını deyirsiz. Ancaq o vaxtı siz də özünüzü baş məşqçi deyil, klub rəhbəri kimi aparırdınız...
- O vaxt "Kəpəz"in yükü çox ağır idi, komandaya dəstək olan, kömək edən olmurdu. Komandaya baxmaq elə-belə iş deyildi. Mən öz şəxsi vəsaitlərimlə edirdim. Hansı baş məşqçi bunu edərdi? Nəticələrə görə götürəndə, "Kəpəz"də Mehman Allahverdiyevin əməyi danılmazdır. Mən öz gücümə görə, komandaya baxa bilirdim.
- Hazırda isə komandaya AFFA maliyyə dəstəyi verir...
- İndi əvvəlki vəziyyət deyil. Əvvəl futbolçular 50-100 dollara futbol oynayırdılar. Əvvəl ən yüksək alan "Neftçi" idi, orada da futbolçular 10 min alırdılar. Əvvəllki ilə müqayisədə indi məvaciblər çoxdur.