1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Finalın adı: Portuqaliya - Fransa - YENİLƏNDİ
Bu gün AVRO-2016-da yarımfinal mərhələsinə yekun vurulub. Sportnet.az-ın məlumatına görə, ikinci finalçı Almaniya ilə Fransa yığmaları arasında matçda müəyyənləşib.
Son dünya çempionu olan almanlar ev sahibi fransızların öhdəsindən gələ bilməyiblər. Didye Deşamın komandasına qələbəni turnirin bombardiri olan Antuan Qrizmann qazandırıb. Hücumçu hər hissədə bir dəfə fərqlənərək, final mərhələsində vurduğu qolların sayını 6-ya çatdırıb. Almaniya yığmasının isə turnirdə ilk məğlubiyyəti həlledici olub və onu finaldan kənarda qoyub.
Beləliklə, iyulun 10-da finalda turnirdə məğlubedilməz olan Portuqaliya ilə Fransa milliləri görüşəcək. Franzılar 2 dəfə qalib olduqları Avropa çempionatının finalına 16 ildən sonra yüksəliblər. Onda onlar İtaliyaya əlavə vaxtda 2:1 hesabı ilə qalib gələrək, 2-ci dəfə qitə çempionu olmuşdular.
AVRO-2016, yarımfinal oyunu
7 iyul
23:00. Almaniya - Fransa - 0:2
Qollar: Antuan Qrizmann, 45-pen, 72
Baş hakim: Nikola Ritsoli
Yan xətt hakimləri: Elenito Di Liberatore, Mauro Tonolini
Əlavə köməkçi-hakimlər: Daniele Orsato, Antonio Damato (hamısı İtaliya)
Dördüncü hakim: Damir Skomina
Ehtiyat köməkçi hakim: Yure Praprotnik (hər ikisi Sloveniya)
Marsel. Velodrom stadionu