"Qəbələ" Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda Gürcüstan "Samtredia"sının qonağı olub. Sportnet.az-ın məlumatına görə, oyun meydan sahiblərinin üstünlüyü ilə başlayıb.
Hücumların məntiqi nəticəsi kimi hesabı da meydan sahibləri açıb. Oyunun 14-cü dəqiqəsində Budu Zivzivadze "Qəbələ"ni penalti zərbəsi ilə cəzalandırıb. Hücumların sayını artıran Roman Qriqorçukun rəhbərlik etdiyi komanda 42-ci dəqiqədə istəyinə çatıb. İlk görüşdə het-trik edən Teo Uiks topu tora qovuşdurub və ilk hissə 1:1 hesabı ilə yekunlaşıb.
İkinci hissədə isə azarkeşlər cəmi bir qol vurub. Laşa Şergelaşvili oyunun əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə "Qəbələ"ni məyus etməyi bacarıb. Oyun "Samtredia"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Məğlubiyyətə baxmayaraq Bakıdakı ilk oyunda 5:1 hesablı qələbə qazanan "Qəbələ" adını II təsnifat mərhələsinə yazdırıb. Bu mərhələdə "Qəbələ"nin rəqibi MTK (Macarıstan) - "Aktobe" (Qazaxıstan) cütünün qalibi olacaq.
II təsnifat mərhələsində "Qəbələ" ilk oyununu iyulun 14-də səfərdə keçirəcək.
Avropa Liqası
I təsnifat mərhələsinin cavab oyunu
7 iyul
19:00. "Samtredia" (Gürcüstan) - "Qəbələ" (Azərbaycan) - 2:1
Qollar: Budu Zivzivadze, 14 (P). Laşa Şergelaşvili, 90+2 - Teo Uiks, 42
Baş hakim: Georgios Kizas
Yan xətt hakimləri: Çasan Koula, İoannis Sipkas
Dördüncü hakim: Aleksandros Aretopoulos (hamısı Yunanıstan)
Zestafoni. David Abaşidze adına stadion
İlk oyun - 5:1