1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Admira"nın baş məşqçisi: "Bu, "Kəpəz"in gücündən xəbər verir"
Avstriyanın "Admira Vakker" klubunun baş məşqçisi Oliver Ledeler Avropa Liqasının II təsnifat mərhələsində rəqibi olan "Kəpəz"dən söz açıb. Sportnet.az-ın məlumatına görə, mütəxəssis Gəncə klubu haqda heç nə bilmədiklərindən, onu naməlum rəqib sayır.
Bununla belə, Ledeler "Kəpəz"in I təsnifat mərhələsində Moldovanın "Daçiya" klubunu səfərdə qazandığı qələbə ilə keçməsinə önəm verir: "Bu, "Kəpəz"in gücündən xəbər varir. Rəqibin oyununa bələd olmasaq da, onun səfərdə nəticə qazandığını bilirik. Görünür, "Kəpəz" yaxşı təşkilatlanmış komandadır".
"Admir Vakker"in çalışdırıcısı artıq "Kəpəz"in videotəhlilinə başlayıb. Ledeler rəqibdən asılı olmayaraq öz oyunlarını göstərməli olduqlarını söyləyib: "Bu halda qələbə qazanacağıq. İlk təsnifat mərhələsini keçməyimiz "Kəpəz"lə sınaqda da müsbət nəticə əldə edəcəyimizə ümid verir. Bu mərhələni də keçəcəyimizlə bağlı özümüzdə güc hiss edirik".