Bu gün keçirilən 7 matçla Çempionlar Liqasında (ÇL) II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Sportnet.az-ın məlumatına görə, matçlardan 3-də qalib müəyyənləşməyib. Qalan 4 oyundan 2-də meydan sahibləri, 2-də qonaqlar qələbə qazanıblar.
Qol vurulmayan yeganə oyun Litvanın paytaxtı Vilnüsdə postsovet məkanı təmsilçilərinin qarşıdurmasında olub. Digər 2 heç-heçə 1:1 hesabı ilə qeydə alınıb.
Günün ən məhsuldar matçı Sloveniyada keçib. "Olimpiya" - "Trençin" görüşündə 7 qol vurulub. Olimpiya çempionumuz İqor Ponomaryovun heyətində İsveç çempionu olduğu "Norçepinq"in ÇL-də debütü məğlubiyyətlə nəticələnib.
Çempionlar Liqası, II təsnifat mərhələsi
İlk oyunlar
13 iyul
21:15. "Jalgiris" (Litva) - "Astana" (Qazaxıstan) - 0:0
Baş hakim: Vlado Qocoviç (Serbiya)
21:15. "Rusenborq" (Norveç) - "Norçepinq" (İsveç) - 3:1
Qollar: Holmar Orm Eyjolfsson, 48, Andre Helland, 62, Yann Erik de Lanlay, 65 - Sebastyan Andersson, 70
Baş hakim: Davide Massa (İtaliya)
21:30. "Ludoqorets" (Bolqarıstan) - "Mladost" (Çernoqoriya) - 2:0
Qollar: Kosmin Moti, 13-pen, Jodi lukoki, 26
Baş hakim: Sergey Lapoçkin (Rusiya)
22:00. "Partizani" (Albaniya) - "Ferentsvaroş" (Macarıstan) - 1:1
Qol: Realdo Fili, 47 - Daniel Bode, 74
Baş hakim: Benua Miyo (Fransa)
22:00. "Kruzeyders" (Şimali İrlandiya) - "Kopenhagen" (Danimarka) - 0:3
Qollar: Federiko Santander, 6, Andreas Korneluis, 40, Rasmus Falk Yensen, 53
Baş hakim: Ştefan Klossner (İsveçrə)
22:30. "Olimpiya" (Sloveniya) - "Trençin" (Slovakiya) - 3:4
Qollar: Etyen Velikonya, 34, Miha Zays, 44. Blessinq Eleke, 89 - Ceyms Aleksander Laurens, 4. Samuel Kalu, 6, Ranqelo Yanqa, 20, Yakub Holubek, 32
Baş hakim: Əli Palabıyık (Türkiyə)
22:45. "Dandolk" (İrlandiya) - "Hafnarfyordur" (İslandiya) - 1:0 (İKİNCİ HİSSƏ)
Qol: David MakMillan, 66
Baş hakim: Nikola Popov (Bolqarıstan)
Qeyd edək ki, II təsnifat mərhələsinin cavab oyunları iyulun 19-20-də keçiriləcək.