 
Futbol üzrə Avropa Liqasında III təsnifat mərhələsinin püşkü atılıb. Sportnet.az-ın məlumatına görə, püşk nəticəsində Azərbaycan klublarının da rəqibləri müəyyənləşib. 
"Qəbələ" Macarıstan MTK-sını üstələyəcəyi halda, Fransanın "Lill" komandası ilə üz-üzə gələcək. 
 
"Neftçi" Makedoniya "Şkendiya"sına qalib gəlsə, Çexiya "Mlada Boleslav"ı ilə qarşılaşacaq. 
"Kəpəz" isə Avstriya "Admira"sını yenəcəyi təqdirdə, Çexiyanın "Slovan" (Liberets) komandası ilə görüşəcək.
 
Püşkatmanın nəticələri:
	Avropa Liqası, III təsnifat mərhələsi
	
		
	"Sent-Etyen" (Fransa) – AEK (Yunanıstan)
	AEK (Kipr) / "Kliftonvill” (Şimali İrlandiya) – "Spartak" (Moskva, Rusiya) 
	"Lokomotiv” (Xorvatiya) / "Rovaniemi” (Finlandiya) – "Vorskla" (Ukrayna)
	"Voyvodina” (Serbiya) / "Konna Kvey” (Uels) – "Dinamo” (Belarus) / "Sent Patriks” (İrlandiya)
	"Panduri" (Rumıniya) – "Makkabi” Təl-Əviv (İsrail) / "Kayrat” (Qazaxıstan)
	 
	"Partizan” (Serbiya) / "Zaqlebiye” (Polşa) – "Stromsqodset” (Norveç) / "Sonderyuske” (Danimarka)
	"Lusern" (İsveçrə) – "Sassuolo" (İtaliya)
	"Slaviya” (Çexiya) / "Levadiya” (Estoniya) – "Rio Ave" (Portuqaliya)
	"Harts” (Şotlandiya) / "Birkirkara” (Malta) – "Krasnodar" (Rusiya)
	"AZ Alkmaar" (Hollandiya) – "Yannina” (Yunanıstan) / "Odd” (Norveç)
	"Slovan” (Slovakiya) / "Yelqava” – "Omoniya” (Kipr) - "Beytar” (İsrail)
	 
	"Austriya" (Avstriya) / "Kukesi" (Albaniya) – "Spartak” (Slovakiya) / "Şirak” (Ermənistan)
	AİK (İsveç) / "Europa” (Cəbəllütariq) – "Panatinaikos" (Yunanıstan)
	"Osmanlıspor” (Türkiyə) / "Zimbru” (Moldova) – "Nomme Kalyu" (Estoniya) / "Makabi" (Hayfa)
	"Ventspils” (Latviya) / "Aberdin” (Şotlandiya) – "Maribor" (Sloveniya) / "Levski" (Bolqarıstan)
	"Lill" (Fransa) – "Qəbələ” (Azərbaycan) / MTK (Macarıstan)
	"Aleksandriya" (Ukrayna) – "Hayduk" (Xorvatiya) / "İaşi" (Rumıniya)
	 
	"Herta" (Almaniya) – "Brondbü” (Danimarka) / "Hibernian” (Şotlandiya)
	"İstanbul Başakşəhər" (Türkiyə) – "Rieka" (Xorvatiya)
	"Herakles" (Hollandiya) – "Aruça" (Portuqaliya)
	"Debretsen” (Macarıstan) / "Zodino” (Belarus) – "Rapid" (Avstriya)
	"Genk" (Belçika) / "Buduçnost" (Çernoqoriya) – "Haken” (İsveç) / "Kork Siti” (İrlandiya) 
	"Neftçi” (Azərbaycan) / "Şkendiya” (Makedoniya) – "Mlada Boleslav" (Çexiya)
	 
	"Vest Hem" (İngiltərə) – "Şaxtyor” (Belarus) / "Domjale” (Sloveniya)
	"Videoton” (Macarıstan) / "Çukariçki” (Serbiya) – "Mitdyulland" (Danimarka) / "Vaduts" (Lixtenşteyn)
	"Höteborq” (İsveç) / "Pyast” (Polşa) – HİK (Finlandiya) / "Beroe" (Bolqarıstan)
	"Admira” (Avstriya) - "Kəpəz” (Azərbaycan) – "Slovan" (Çexiya)
	"Gent" (Belçika) – "Vitorul" (Rumıniya) 
 
  
  
-------------------------------------------------------
Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq. "Report"un məlumatına görə, Bakı vaxtı ilə saat 15:00-da başlanacaq mərasimdə Azərbaycan təmsilçiləri "Qəbələ", "Neftçi" və "Kəpəz"in potensial rəqibləri müəyyənləşəcək. 
	
Hər 3 klub səpələnməmişlər sırasına düşdüyündən, güclü komandalarla üz-üzə qalıblar.
	
Artıq UEFA potensial rəqibləri konkretləşdirib. Hər komanda bir qrupa düşüb və 6 potensial rəqibi var. "Qəbələ" üçün güclü rəqib kimi Fransanın "Lill" və əsası, ötən mövsüm pley-offda qalib gələrək qrupda düşdüyü "Panatinaikos"un yenidən düşməsinin mümkünlüyü diqqət çəkir. "Neftçi"nin potensial rəqibləri arasında ən arzuolunmazı kimi Almaniyanın "Herta", "Kəpəz"də İngiltərənin "Vest Hem" klubunu göstərmək olar.
	
3-cü qrup
"Qəbələ"nin potensial rəqibləri
1. "Lill" (Fransa)
2. "Maribor" (Sloveniya) / "Levski" (Bolqarıstan) cütünün qalibi
3. "Austriya" (Avstriya) / "Kukesi" (Albaniya) cütünün qalibi
4. "Panatinaikos" (Yunanıstan)
5. "Makabi" (Hayfa) / "Nomme Kalyu" (Estoniya) cütünün qalibi
6. "Hayduk" (Xorvatiya) / "İaşi" (Rumıniya) cütünün qalibi
		
4-cü qrup
"Neftçi"nin potensial rəqibləri
1. "Genk" (Belçika) / "Buduçnost" (Çernoqoriya)
2. "Rapid" (Avstriya)
3. "Herta" (Almaniya)
4. "Rieka" (Xorvatiya)
5. "Aruça" (Portuqaliya)
6. "Mlada Boleslav" (Çexiya)
	
5-ci qrup
"Kəpəz"in potensial rəqibləri
1. "Gent" (Belçika)
2. "Slovan" (Çexiya)
3. "Vest Hem" (İngiltərə)
4. "Mitdyulland" (Danimarka) / "Vaduts" (Lixtenşteyn)
5. HİK (Finlandiya) / "Beroe" (Bolqarıstan)
6. "Apollon" (Kipr)